“Ermənilər tarixən həmişə belə məsələlərdə mahir oyunçular kimi özlərini tanıdıblar. Yəni bu millətin etibarı və sədaqəti yoxdur; onlar heç vaxt kiməsə qarşı sadiq olmayıblar. Kim onlara sərf edirsə, nə sərf edirsə, o istiqamətdə siyasətlər qurublar. Siyasi alverlər ediblər və özlərinin etibarsızlığı, həyasızlığı və əxlaqsızlığı ilə həmişə seçiliblər”.
Bunu Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Millət vəkili Ermənistanın ABŞ-dən istədiyini almayacağı təqdirdə, Rusiya münasibətləri yenidən bərpa etməsi haqqında “Hraparak” nəşrinin yayımladığı analitik məqaləni şərh edib.
“Bu gün də həmin Ermənistan və onun baş naziri, dilənçi kimi düşüb dünyanın canına. Amerikadan dəstək istəyir, Fransadan girib Rusiyadan çıxır, yəni özlərinə sərf edən variantlar axtarırlar. İndi də onlar Kardaşyanın yolu ilə gedirlər. Kimdən nə isə qoparmaq və bunlara daha isti münasibət bəsləyənlərə yaxınlaşmaq istəyirlər. Yəni burada, birmənalı olaraq, etibardan söhbət getmir, əksinə, onlar özlərinə sərf edən variantları axtarırlar”, – E. Məmmədov söyləyib.
Deputat söyləyib ki, Paşinyan Amerikaya getdi, heç nə əldə etmədi, təəssüflə qayıtdı və gəldi Makronun yanına:
“Amma oradan da heç nə alınmayanda Moskvaya gedəcək. İndi isə, onların bir dəstəsi Hindistandadır, Müdafiə Nazirliyinin bir qrup nümayəndəsi ilə. Gah İran tərəfə gedirlər, gah bu tərəfə, gah da o tərəfə. Amma məsələ burasındadır ki, rəhbərləri bu hərəkətləri necə qiymətləndirir? Axı, bunlar İrana düşmən mövqedə olan, İranı gündə beş dəfə hədələyən və təhqir edən Amerika kimi bir dövlətin hərbi qüvvələrini İrana yaxın ərazilərə gətirib yığıblar və hələ də davam edirlər. Ermənistanın bu hərəkətləri, silahlanmanı davam etdirməsi, regiona aid olmayan dövlətlərin hərbi qüvvələrini ərazilərinə gətirməsi və Avropadan, Kanadadan olan cinayətkar hərbçiləri, jandarmları mülki missiya adı altında yerləşdirməsi Cənubi Qafqazda sülhə xidmət etmir və xoş niyyət daşımır. Bu silahlanmanın və hərəkətlərin sonu müharibə ilə nəticələnə bilər”.
Onun sözlərinə görə, yəqin ki, ermənilər 44 günlük müharibədən və antiterror əməliyyatının nəticələrindən düzgün nəticə çıxarmayıblar:
“Onlar fikirləşmirlər ki, bu gün ən strateji nöqtələrdə Azərbaycan sərhədçiləri və əsgərləri dayanıb. Azərbaycan Ordusu hazırdır. Bu dəfə, əgər belə sərsəm xəyallara düşsələr, nə fransız gəlib onlarla ölməyəcək, nə amerikalı, nə də başqa birisi. Yenə də öləni erməni əsgəri olacaq. Müharibə isə başqa yerdə yox, bugünkü Ermənistanın ərazisində aparılacaq. Bunlar bunu fikirləşməlidirlər. Əgər hələ bir az ağılları qalıbsa, anlayarlar ki, Paşinyanın hərəkətləri özündən asılı olmayan və ya asılı olan xoşagəlməz nəticələrə gətirib çıxaracaq”.
Rafi Müslümov
www.yenicag.az