!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İş dünyası İsrailin quru əməliyyatlarının “girovluğunda”: Bazarlar hansı qərarı gözləyir?

!Reklam – Yazi

Qlobal bazarlar Yaxın Şərq münaqişəsi ilə bağlı yeni günə mənfi tempdə başlasa da, bu həftə nəzərlər Avropa Mərkəzi Bankının (AMB) pul siyasətinə dair qərarlarına yönələcək.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, İsrail-Fələstin münaqişəsi səbəbindən investorlar birja dalğalanmalarını diqqət mərkəzində saxlayırlar.

Eyni zamanda, iş dünyasında sözügedən münaqişənin daha da genişlənmə ehtimalına görə narahatlıqlar davam etməkdədir.

Ötən şənbə günü müharibə miqyasının artma ehtimalı birjalarda gərginlik yaratsa da, İsrailin Qəzzada quru əməliyyatını təxirə salması xəbərləri aktivlərin qiymətlərində azalmanı nisbətən zəiflədib.

Bütün bunların fonunda “Brent” markalı neftin qiyməti yeni həftəyə 1,3 faiz dəyər itkisi ilə başlayıb. Qızılın unsiyası isə həftənin ilk günündə 0,4 faiz azalaraq 1,974 dollar təşkil edib.

COP29

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv