Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İşğaldan azad olunan ərazilərdə bərpa işləri bu şəhərdən başlayacaq

“Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpa işləri ilə bağlı strategiya hazırlayır”.

Yenicag.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, ilk olaraq bərpa işləri Şuşa şəhərindən başlanılacaq:

“Çünki Şuşa şəhərində minalar, demək olar ki, yoxdur. Ondan sonra isə Ağdam, Cəbrayıl, Füzuli və digər yerlərdə də bərpa işlərinə başlanılacaq”.

“Hazırda Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə monitorinq işləri davam etdirilir. Biz 6 rayon üzrə mütəmadi məlumatlar alırıq. Bu günə qədər işğaldan azad olunmuş ərazilərdə 399 mədəniyyət müəssisəsi aşkar edilib. Həmçinin həmin ərazilərdə 372 tarixi mədəniyyət abidəsi aşkar edilib. Onlardan 195-i Şuşada yerləşir”, – deyə nazir qeyd edib.

www.yenicag.az

135