İraq ordusu İŞİD-lə əlaqədə şübhəli bilinən 512 Rusiya və 200 Azərbaycan vətəndaşı olan qadın saxlayıb.
Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə iraqlı deputat Vian Dahil özünün “Twitter” səhifəsində məlumat yayıb. Deputanın sözlərinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib. Amma o, qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb.
İraqın Müdafiə Nazirliyindəki mənbə isə 512 rusiyalı qadının saxlanılması barədə məlumatı təkzib edib. Həmin mənbə saxlanılanların olduğunu, lakin onların o dərəcədə çox olmadığını bildirib. Saxlanıların isə müxtəlif ölkələrin vətəndaşları olduğu qeyd edilib.
www.yenicag.az