İŞİD Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

media-hightechnic-468x90

İŞİD terror qruplaşması Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Yenicag.az-ın məlumatına görə, bu barədə “Le Figaro” agentliyi xəbər verib.

Qeyd edək ki, iyunun 4-ə keçən gecə baş vermiş terror aktı nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Böyük Britaniya polisi baş vermiş teraktda iştirakda şübhəli bilinən 12 nəfəri saxlayıblar.

Bundan başqa, növbəti terror aktı mayın 22-də Mançesterdə amerikalı müğənni Ariana Qrandenin konsertində törədilib. Terrorçu-kamikadze Salman Abedi özünü konsert arenasında partladıb, nəticədə 12-si uşaq olmaqla, 22 nəfər ölüb. İŞİD qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600