İŞİD qadınları və uşaqları satır
İŞİD işğal etdiyi yerlərdə tutduğu xristian və yezidi qadınları kölə bazarlarında satdığı haqda ilk dəfə açıqlama verib.
Bu haqda məlumat İraqda öldürülən İŞİD əmirinin statusunda yer alıb.
Bu haqda onun üzərindən təşkilatın möhürü olan sənəd tapılıb. Sənədə görə İŞİD xristian və şeytana sitayiş edən qadınları satırmış.
Üzərində hicri təqvimə görə 14 zilhəcc 1435 (16 oktyabr 2014) tarixi olan sənəddə bazarda hər yaşdan olan qadının olduğu, yaşı böyük qadınların ucuz, yaşı, kiçiklərin isə daha baha qiymətə satıldığı bildirilir.
Satış qiymətləri kağızında “Bismillahir-rəhmanir-rəhim. Bizə bir xəbər gəldi. Qadınları və qənimətləri satmaq üçün bir bazar var. Bu bazarda qiymətlər hazırda çox düşüb. Qiymətlərin düşməsi İslam ölkələrində iqtisadiyyatın düşdüyü üçündür. Bu mübadiləni qəbul etməyənlər öldürüləcəkdir” ifadələri yer alıb.
Sənədin alt hissəsindəki qiymət siyahısında satılacaq qadınların hamısının yanında şeytana tapınan və ya xristian qadınlar ifadələri yazılıb. Siyahıya görə 30-40 yaş arasındakı bir qadının 75 min dinara (139 TL) satılacağı qeyd olunub. Siyahıda 20-30 yaş arasındakı qadının 100 min dinar (186 TL), 10-20 yaş arasında qadının 150 min dinar (278 TL), 40-50 yaşında olan qadınların 50 min dinara (92 TL) satılacağı vurğulanıb. Siyahının ən aşağısında isə 1-9 yaş aralığında olan qızların isə 200 min dinara (370 TL) satılacağı göstərişi verilib.
Sənədin ən alt hissəsindəki açıqlamada isə bir adamın ən çox 3 qadın ala biləcəyi bildirilib. Şərh hissəsində yalnız türklər və suriyalıların istədiyi qədər qadın satın ala biləcəyi ifadələri yer alıb. İraqda olan təhlükəsizlik qüvvələri İŞİD-in Mosulda böyük bir iqtisadi böhran yaratdığını və təşkilatın bu böhrandan xilas olmaq üçün yollar aradığını bildirib. Mütəxəssislər ələ keçirilən sənədin təşkilatın qul bazarlarında satışı tənzimləmək üçün yazmış olduğunu qeyd edib.
(news.az )