İslandiya – Azərbaycan oyunu niderlandlı hakimlərə tapşırıldı

media-hightechnic-468x90

2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İslandiya – Azərbaycan oyununa təyinatlar açıqlanıb.

Yenicag.az xəbər verir ki, Reykyavikdə baş tutacaq matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sander van der Eykə Rens Blümink və Stefan de Qroot kömək edəcəklər. Mark Naqteqaal dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti olacaq.Avstriyalı Tomas Eynvaller isə hakim-inspektor kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, sentyabrın 5-də “Lauqardalsvollur” stadionunda təşkil olunacaq İslandiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa