İsmayıllı “Gənclər paytaxtı” seçildi

media-hightechnic-468x90

img14646022015-ci ilin “Gənclər paytaxtı” seçilib.

Yenicag.az apa-ya istinadən bildirir ki, bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclər Günü ilə bağlı keçirilən tədbirdə “Gənclər paytaxtı” ilə bağlı keçirilən onlayn səsvermənin nəticələri açıqlanıb. Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, İsmayıllı rayonu 2015-ci ilin “Gənclər paytaxtı” seçilib. “Gənclər paytaxtı”nın rəmzi açarı İsmayıllı rayonunun Gənclər və İdman İdarəsinin rəisinə təqdim edilib.

Qeyd edək ki, “Gənclər paytaxtı”nın seçimi Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilir. Bu yolla paytaxt seçilmiş regionun gənclərinin öz şəhər və ya rayonlarının ictimai, siyasi və mədəni həyatlarında daha fəal iştirakları təmin edilir. Bundan əlavə, seçilmiş region gənclərin yaradıcılıq ideyalarının həyata keçirilməsinə və onların potensiallarının artırılmasına daha böyük diqqət nümayiş etdirir. “Gənclər Paytaxtı”nın seçimləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə, Təşkilat Komitəsi ona təqdim edilən sənədlər əsasında səsvermədə iştirak edəcək regionların siyahısını tərtib edir, ikinci mərhələdə isə internet səsvermə yolu ilə “Gənclər Paytaxtı” seçilir.

Xatırladaq ki, 2012-ci ilin “Gənclər Paytaxtı” Gəncə şəhəri, 2013-cü ilin “Gənclər Paytaxtı” Biləsuvar şəhəri, 2014-cü ilin “Gənclər Paytaxtı” Quba rayonu seçilib

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600