İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə İsmayıllı şəhər sakini Fərhad Səmədovdan “İJ-16” markalı və rayonun Qurbanəfəndi kənd sakini Vüqar Səmədovdan “TOZ-63” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.
www.yenicag.az