İsrailin kəşfiyyat naziri Katz Livana qarşı hücum təşkil edəcəklərini elan edib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, nazir İranın Livan ərazisində inkişaf etmiş raket sistemi hazırladığını bildirib. O, həmçinin əlavə edib ki, bu məsələ İsrail üçün qırmızı xətti keçmək deməkdir. Buna görə də İsrail Suriyada olduğu kimi Livana da hücum edəcək. Nazir budəfəki hücumun daha genişmiqyaslı və güclü olacağını deyib:
“Hədəfimiz Livandır. Bu addıma görə ölkəni daş dövrünə geri qaytaracağıq.
www.yenicag.az