!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail müharibədə bu strategiyanı seçir – “Hizbullah”ı iflic etmək üçün nələr edilir?

!Reklam – Yazi

İsrail ordusu bir həftədir Cənubi Livana girməyə çalışır və hər cəhddə ikirəqəmli itkilərlə geri çəkilir. Ümumi itkilərin sayının isə 100 nəfər çatdığı bildirilir.

Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb. Kanal yazır ki, hazırkı situasiya 2006-cı il İsrail-Livan müharibəsindəki vəziyyətə bənzəyir. “İsrail, bir tərəfdən, “Hizbullah”ın yüksək komandanlığını sıradan çıxardaraq, təşkilatın müqavimətini iflic etməyə çalışır, lakin digər tərəfdən də “Hizbullah”ın əməliyyatları əyalət cəbhə komandanlığı tərəfindən həyata keçirilir ki, yüksək komandanlığın məhvi onların müqavimətinin davamına mane olmur.

Bununla belə, İsrail hər uğursuzluqdan sonra Beyrut və Cənubi Livanda mülki insanları bombalayır. Bu strategiyanın adı isə “Dahiya doktrinası”dır. İsrailin bu doktrinası sadəcə olaraq “Hizbullah” tərəfdarı mülki şəxslərin ağır bombalanmasına və bununla da “Hizbullah”ı öz bazasına qarşı qoymağa əsaslanır”, – deyə məlumatda qeyd edilir. Bildirilir ki, “Dahiya doktrinası” və ya “Dahya doktrinası” düşmən hökumətlərə təzyiq etmək üçün mülki infrastrukturun genişmiqyaslı məhv edilməsini və ya yaşayış yerinin məhv edilməsini nəzərdə tutan İsrailin hərbi strategiyasıdır: “Doktrina İsrail Müdafiə Qüvvələrinin (IDF) keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkot tərəfindən açıqlanıb.

Doktrina Beyrutun 2006-cı ildə Livan müharibəsi zamanı “Hizbullah”ın qərargahının yerləşdiyi və IDF tərəfindən böyük ziyan görən Dahieh məhəlləsinin (həmçinin Dahiyə və Dahiya kimi tərcümə olunur – red.) adını daşıyır. Bu məhəllədə “Hizbullah”ın həm qərargahı yerləşib, eyni zamanda, bu məhəllə şiələrin Beyrutda əsas məskunlaşdığı hissədir.

İsrailin taktikası ABŞ-nin “Shock & Awe” kimi tanınan doktrinası ilə eyni olsa da, arada bir fərq var: ABŞ-də hətta ən neokon manyak belə ictimaiyyət qarşısında bəzi şeyləri deməyə cəsarət etməzdi: “Gəlin, mülki şəxsləri o qədər vuraq ki, onlar təslim olsunlar” Halbuki İsraildə bu, normaldır”. Onu da qeyd etmək lazımdır ki, İsrail İran və onun proksi güclərinə qarşı mübarizəsində getdikcə kombatanlarla kombatant olmayan şəxslər arasında olan “qızıl orta”nı itirib. Eyni zamanda, İsrailin düşmənlərinin də mülki istiqamətlərdə yerləşməsi günahsız insanların həlak olmasına səbəb olur:

“Bir sözlə, bu acı və kobud gerçəklik Yaxın Şərq adlanan bir zamanlar dünya sivilizasiyasının və dövlətçiliyinin mərkəzi olan bu regionun müasir reallığına çevrilib”.

Rafi Müslümov

COP29

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv