İsrail yenə də Livanı BOMBALADI
İsrail ordusunun gecə yarısından sonra Livanın şərqində yerləşən Baalbek bölgəsinə hava hücumu təşkil etdiyi bildirilir.
Yenicag.az xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat yayıb.
Agentliyin verdiyi məlumata görə, İsrailə məxsus döyüş təyyarələri Baalbek şəhərinin Şəmstar qəsəbəsi ətrafındakı əraziyə aviazərbələr endirib.
Qeyd edək ki, İsrail və Livan arasında 2024-cü il noyabrın 27-də atəşkəs razılaşması əldə olunsa da, İsrail ordusu bu razılaşmanı tez-tez pozur. Həm havadan, həm də qurudan həyata keçirilən hücumlar sərhədə yaxın qəsəbələrdə ciddi dağıntılara səbəb olub.
Atəşkəsdən aylar keçməsinə baxmayaraq, İsrailin Livanın cənubundakı avtomobilləri və müxtəlif mövqeləri pilotsuz uçuş aparatları ilə hədəfə almağa davam etdiyi bildirilir. Livan hökuməti isə atəşkəs şərtlərinə yenidən baxılması üçün beynəlxalq ictimaiyyətə çağırış edib.
Göycə Göycəyev