!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsraildə terror aktının qarşısı alındı

!Reklam – Yazi

İsrailinin Təhlükəsizlik Agentliyi (Şin Bet) ölkədə bombalı hücumun qarşısını alıb.

Yenicag.az xəbər verir ki, Təhlükəsizlik Agentliyi bu yaxınlarda Qəzza zolağındakı terror qruplaşmasının İordan çayının qərb sahilindəki terrorçularla koordinasiyalı şəkildə İsraildə bombalı hücum təşkil etmək cəhdinin qarşısını alıb.

Bildirilib ki, dekabrın 14-də İsrailin təhlükəsizlik qüvvələri planlaşdırılan bombalı hücumda iştirakına görə İordan çayının qərb sahilində 4 fələstinlini həbs edib və onlardan partlayıcı qurğu götürülüb.

Şin Betin məlumatına görə, hücum planı Qəzza zolağında Xalq Müqavimət Komitəsi və Əl-Əqsa Şəhidləri Briqadası terror qrupları tərəfindən idarə olunub.

Qeyd olunub ki, terrorçular yanğınsöndürmə balonunda gizlədilmiş bombadan istifadə edərək “İsraildə böyük terror hücumu” planlaşdırıblar.

Təhlükəsizlik Agentliyindən o da bildirilib ki, qrup təlimatları partlayıcı maddələr üzrə ekspert və Qəzza zolağının şimalındakı Cəbəliya şəhərinin sakini Əhməd Fəthi Ömər Hacacdan alıb./Apa/

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv