İstanbul dünya musiqisinin mərkəzinə çevrilir: A$AP Rocky, Travis Scott və BTS Türkiyəyə gəlir

media-hightechnic-468x90

İstanbul artıq qlobal ulduzların əsas dayanacağına çevrilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Denge+ saytına istinadən yayılan məlumat musiqi dünyasında böyük maraqla qarşılanıb. Belə ki, dünyaca məşhur reperlər A$AP RockyTravis Scott, eləcə də K-Pop fenomenləri olan BTS qrupu yaxın zamanlarda Türkiyədə konsert proqramları ilə çıxış edəcəklər.

Qlobal ulduzların Türkiyəyə olan bu intensiv marağının arxasında isə məhz Kanye Westin İstanbulda gerçəkləşdirdiyi tarixi şou dayanır. ABŞ-li reper və Donald Trampın ən yaxın müttəfiqi kimi tanınan ulduzun İstanbul konserti musiqi dünyasında partlayış effekti yaradıb. 118 min tamaşaçının izlədiyi bu möhtəşəm çıxış karyerasının ən yaddaqalan səhifələrindən biri kimi tarixə düşüb.

Ekspertlər bildirirlər ki, bu cür irimiqyaslı tədbirlər Türkiyənin beynəlxalq əyləncə sənayesindəki mövqeyini sarsılmaz edir. Görünən odur ki, yaxın aylarda İstanbul dünyanın ən böyük ulduzlarını bir araya gətirən “musiqi paytaxtı”na çevriləcək.

Leyli Əliyeva

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05