Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü münasibətilə İstanbul Boğazında parad keçirilir.
Yenicag.az xəbər verir ki, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Boğazda keçirilən bu mərasimi Vahdettin Köşkündən izləyir.
Mərasimə 7 mindən çox şəxsi heyət qatılıb. Hərbi gəmiləri havadan 14 döyüş təyyarəsi müşayiət edir. Bu dəqiqələrdə 100 gəmi Boğaza daxil olmağa başlayıb.
Parad zamanı həmçinin 101 top atışının da olacağı bildirilib. Bu, Türkiyə Dəniz Qüvvələri tarixində ən böyük parad hesab olunur.
Sözügedən paradın canlı yayımını təqdim edirik:
www.yenicag.az