İstanbulda terror aktı zamanı öldürülən Nuranə Həsənovanın Fotoları

media-hightechnic-468x90

nurYeni il gecəsi İstanbulun elit əyləncə mərkəzi “Reina”da terrorçu tərəfindən güllələnlərdən biri, Rusiya vətəndaşlığı daşıyan azərbaycanlı Nuranə Həsənovanın fotoları yayılıb.

Yenicag.az Virtualaz.org-a istinadən xəbər verir ki, tanışları Nuranənin fotolarını paylaşaraq onun həlak olmasına görə sarsıldıqlarını ifadə ediblər.

Azərbaycan əsilli Rusiya vətəndaşı Nuranə Həsənovanın cənazəsi Azərbaycana gətiriləcək.

Məlumata görə, N.Həsənovanın qohumları Rusiyanın Türkiyədəki səfirliyinə müraciət edərək cənazənin məhz Azərbaycana göndərilməsini xahiş ediblər və səfirlik onların xahişini müsbət cavablandırıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa