İsveçrədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

media-hightechnic-468x90

141926643314140950_750x500

Bern şəhərinin ən məşhur konsert salonlarından olan Kursaalda Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı və ARDNŞ-in İsveçrə nümayəndəliyinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunan bayram tədbiri keçirilib.

Tədbirdə İsveçrənin dövlət orqanlarının nümayəndələri, deputatlar, diplomatik korpusun təmsilçiləri, şirkət rəhbərləri, Bernin tanınmış simaları, o cümlədən İsveçrədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Səfir Əkrəm Zeynallı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixçəsi barədə qonaqlara məlumat verib. O, bu birliyin yaranması və qorunması istiqamətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gördüyü işlərdən danışıb. Səfir, həmçinin 2014-cü il ərzində Azərbaycan-İsveçrə münasibətlərində baş vermiş əsas hadisələrə nəzər salıb, qarşılıqlı dostluq münasibətlərinin ildən-ilə gücləndiyini vurğulayıb. O, iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əldə edilmiş uğurların növbəti illərdə də davam etdiriləcəyinə əminliyini bildirib. Diplomat Azərbaycanın təkcə karbohidrogen ehtiyatlara deyil, həm də zəngin mədəni irsə malik olduğunu qeyd edib, qonaqlara Azərbaycan musiqisi barədə geniş məlumat verib.

Daha sonra Ə.Zeynallı Azərbaycanın mədəni irsinin incilərindən sayılan muğam-caz janrı barədə danışıb, qonaqları bu üslubun layiqli davamçılarından sayılan “Emil Məmmədov (Əfrasiyab) və dostları” qrupunun ifası ilə tanış olmağa dəvət edib.

Tədbirdə ABŞ-dan Emil Məmmədov (piano), Alexandre Madeline (Saksafon), Raphael Pannier (zərb alətləri) və Antoine Katz (bass-gitara), Azərbaycandan muğam ifaçıları – xalq artisti Teyyub Aslanov və əməkdar artist Arzu Əliyeva, əməkdar artist Malik Mansurov (tar), əməkdar artist Şirzad Fətəliyev (balaban), Kamran Kərimov (nağara) çıxış ediblər. “İki dünya” adlanan konsert proqramı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Bayram tədbiri konsert proqramından sonra rəsmi ziyafətlə davam edib.

(azertag.az)

141926643363833664_750x500 (1)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600