İsveçrənin İrandakı səfirliyinin əməkdaşları təxliyə olunublar
İsveçrənin İranda yerləşən səfirliyinin əməkdaşları təxliyə olunublar.
Yenicag.az xəbər verir ki, səfir Olivier Bangerter və 6 əməkdaş “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
Bundan əlavə, 1 Kanada, 2 Çin vətəndaşının da təxliyəsi həyata keçirilib./Report













