Amerikanın Ayova ştatının sakini saxladığı it tərəfindən silahlı hücuma məruz qalıb.
Yenicag.az “Associated Press”ə istinadən xəbər verir ki, hadisə Fort-Coc şəhərində qeydə alınıb.
Şəhərin 51 yaşlı sakini Riçard Remm bildirib ki, insident onun iti ilə divanda oynadığı zaman baş verib. Remm qucağında olan iti yerə atıb. Lakin it dərhal sahibinin üstünə atılıb. Bu vaxt gözlənilmədən Riçardın bel kəmərinə bağladığı silahdan atəş açılıb. Ehtimal olunur ki, it öncə silahın qoruyucusuna, daha sonra isə tətiyə toxunduğu üçün belə bir hadisə baş verib.
Atəş nəticəsində kişi ayağından güllə yarası alıb. Amma onun yarası ciddi olmayıb. Riçardın sözlərinə görə, it bu zaman çox qorxub və küncə sıxılaraq özünü günahkar hiss edib. Remm dərhal xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib, elə həmin gün də evə buraxılıb.
www.yenicag.az