İtaliya prezidenti Sergio Mattarella senat və deputatlar palatasını buraxmaq barədə fərman imzalayıb.
Yenicag.az xəbər verir ki, bu barədə İtaliya prezidentinin saytında məlumat yerləşdirilib.
Məlumata görə, fərman ölkə liderinin iki parlament palatasının rəhbərlərilə görüşündən sonra imzalanıb.
Qeyd edək ki, İtaliyada keçmiş Baş nazir Silvio Berliskoninin siyasətə qayıtmaq istədiyi deyilir. Bundan əlavə, bir müddət əvvəl Lombardi və Veneto sakinlərinin muxtariyyət istəməkləri barədə məlumat yayılmışdı.
www.yenicag.az