Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İtirilən dəyərlərinin qoruyucusu: Tənzilə Rüstəmxanlı

10411733_1491448017803690_261660050689979833_nHəyatda bəzi anlar var ki, insanın bütün ömrünə bədəldir. Bəzən bir neçə dəqiqə, bəzən bir neçə saniyə çəkir o anları yaşamaq…

Və bir çox insan o ANın fərqində belə olmur…

Çox sonralar ömür səhifələrini qarışdırırkən, o Anları görür sadəcə…

Həyatda unuta bilməyəcəyim bir anı paylaşmaq istərdim…

180138_1713056678999_760623_nBir neçə ay öncə dəyər verdiyimiz, sayğı duyduğumuz bir insanın yanındaydım.

Çox gərgindi…

Çox tədirgindi…

Kabinetinə daxil olduğumun üzərindən 15 dəqiqə keçməsinə baxmayaraq, çox qısa dialoqumuz olmuşdu. Səbəbini soruşmaq istəyərkən, dövlət telefonuna gələn zəng otağın səssizliyini pozdu. Gördüyüm qədəri ilə, bu zəng çox önəmliydi…

Az sonra gördüyüm mənzərə məni haqlı çıxardı…

“Çox şükür, Aqil! Firudin bəyi qurtara bildik. Kəmaləddin müəllim onun müalicəsini şəxsən nəzarətə götürdü”.

Üç dəqiqə əvvəlki səssiz, gərgin insanı həyat dolu, gözləri sevinc yaşları ilə dolan və əlini göylərə açıb, “Bu duamı da qəbul etdin, ya Rəbb! Sənə şükürlər olsun” deyən bir insan almışdı…

Kabinetə nəfəs gəlmişdi…

Bəli, xəstə yatağında çox ağır halda olan Firudin Cəlilovla bağlı neçə gündən bəri edilən zənglər sonunda nəticə vermiş və müstəqil Azərbaycanın Milli Təhsilinin əsasını qoyan, türkologiya elminin zirvəsində olan alimimiz sonunda ölümə tərk edilməkdən xilas olacaq və dövlət qayğısı ilə himayə olunacaqdı… Qısa zaman keçmədən Firudin bəyin müalicəsinin müsbət sonuc verməsi də göstərdi ki, onunla bağlı addım nə qədər də zamanında atılıb…

***

Bəlkə də o an orada olmasaydım, bu Anı yaşamasaydım, bunları başqasından eşitsəydim, necə yazardım, bilmirəm. Lakin o anı görmək, yaşamaq lazım idi…

Bir insanı xilas etmək, bütün bəşəriyyəti xilas etmək deməkdir.  O anda xilas olan sadəcə bəşəriyyət deyildi… Azərbaycanın, Türk Dünyasının bilgə insanlarından biri xilas edilmişdi. Türk xalqı özünün illərlə yetişdirdiyi dəyərli bir övladını yenidən qazanmışdı…

Və bu məsələdə Tənzilə Rüstəmxanlının xidmətləri misilsiz idi… Günlərlə dövlətin bütün qapılarını döyərək, Firudin Cəlilova qayğı istəmişdi və sonunda istəyi gerçəkləşmişdi…

180793_1713056959006_1144466_nMən Tənzilə xanımın çox sevincli anını görmüşdüm. Ancaq bu Anı heç vaxt, heç Cəmilin toyunda belə görməmişdim…

Bəli! Tənzilə xanımın kimdənsə özü və yaxınları üçün xahiş etdiyinin şahidi ola bilməzsiniz…

Ancaq Tənzilə xanımın bəzən ona düşmən olan insanlar üçün belə kimlərəsə telefon açdığının şahidi olmağınız mümkündür…

***

Bu gün hamımızın “heyif köhnə kişilərdən” deyə içimizdən keçirdiyimiz bir nisgil var. Tənzilə Rüstəmxanlı həmin o köhnə kişilərin günümüzdə yaşayan örnəklərindəndir. Lalə Şövkət nə demişdi: “Kişilik cinsiyyət deyil, xarakterdir”…

Tənzilə Rüstəmxanlı məhz KİŞİ xarakterinə sahib Azərbaycan Qadınıdır…

***

10822264_10204393993362668_1785676793_nBəlkə şad günlərinizdə Tənzilə Rüstəmxanlını tapa bilməzsiniz. Ya telefonlarına zəng çatmaz, ya da vaxtı olmaz… Ancaq çətin anınızda, ən yaxın dostların belə sənə “salam” verməyə qorxduğu zaman o, yanınızdadır… Bəzən səni səndən daha çox qoruyur, heç bilmədiyi savaşlara sənin üçün girər və səni müdafiəsiz qoymaz…

***

Tənzilə Rüstəmxanlı bu millətin günü gündən itirilən dəyərlərinin daşıyıcısıdır…

Çalışaq, itirilən dəyərlərin qoruyucularını qoruyaq…

 Aqil ƏLƏSGƏR

Redaksiyadan: Yenicag.az-ın kollektivi Tənzilə Rüstəmxanlını doğum günü münasibətilə təbrik edir, uğurlar arzulayır.

Loading...

www.yenicag.az

824