İTV-dən “Ata ocağı” serialına “Ana qucağı” ATMACASI – Qarşı tərəf SUSMADI

media-hightechnic-468x90

İTV-nin yeni yayıma başlayan “Körpü” serialında Xəzər TV-də yayımlanan “Ata ocağı” serialına atmaca atılıb.

Nofəl Şahlaroğlunun canlandırdığı aktyor obrazı “Ana qucağı” adlı serialda rol aldığını və 1457-ci bölümü yayımlanan ekran işindən bezdiyini bildirib.

Yenicag.az-a açıqlama verən “Ata ocağı” serialının rejissoru Rüfət Şahbazovun qarşı tərəfə cavabı gözlənilməz olub:

“Məsələdən xəbərim var. Emil mənim dostumdur. Biz özümüz ona icazə vermişik. Onlar serialda uzunmüddət yayımlanan bir serialın adını çəkməliydi. Başqalarının adını çəkmədilər ki, birdən küsüb inciyərlər. Amma biz razılıq verdik, çünki bizim serial 6 ildir yayımlanan və baxılan serialdır. Emil bizə dedi ki, belə bir fikrimiz var, dedik, elə, xeyirli olsun”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600