Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“IV Türk Filmləri Həftəsi”nin açılış mərasimi baş tutub - FOTO

Nizami Kino Mərkəzində Türkiyə Mədəniyyət nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə Bakıda baş tutan “IV Türk Filmləri Həftəsi”nin açılış mərasimi olub.

Yenicag.az xəbər verir ki, tədbirdə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyə böyük millət məclisinin üzvləri, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyədən gəlmiş sənət adamları, Azərbaycanın millət vəkilləri, dövlət xadimləri ictimaiyyət nümayəndələri iştirak edib.

Açılış mərasimində Azərbaycanı və Türkiyənin dövlət himnləri səsləndirilib.

Yalçın Topçu açılış mərasimində çıxış edib. Baş müşavir Rəcəb Tayyib Ərdoğanın adından tədbir iştirakçılarını salamlayıb:

«Bakı rüzgarlar şəhəri, şəhidlərin uyuduğu yerdi. Fərqli beşiklərdə böyüsək də, qardaşıq, eyni ananın övladlrıyıq. Dilimiz bir, dinimiz birdir. Aərbaycan Türkiyə əkiz qadrdaşdır».

Açılışdan sonra “Güllər” filminin premyerası olub.

Qeyd edək ki, həyata keçirilən layihə iki ölkə arasında mədəni əlaqələrin kino sahəsi vasitəsiylə daha da möhkəmləndirilməsi məqsədini daşıyır.

23-27 noyabr tarixlərində baş tutan “IV Türk Filmləri Həftəsi” çərçivəsində yeni istehsal olunan türk filmləri nümayiş olunacaq.

Cəvahir
FOTO: Allahverdi

Loading...

www.yenicag.az

2631
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100