Jurnalist Səbuhi Məmmədli komadan ayıldı

media-hightechnic-468x90

Jurnalist Səbuhi Məmmədlinin son durumu açıqlanıb.

media-banner_tkm

TƏBİB-dən verilən məlumata görə, jurnalist Səbuhi Məmmədli avqustun 7-də TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyə olunub.

Yenicag.az xəbər verir ki, hazırda onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Onda aşağı ətrafda damar mənşəli qan dövranı pozğunluğu müəyyən olunub.

Xroniki böyrək çatışmazlığı, insulindən asılı olmayan şəkərli diabet xəstəliyi üzrə də müalicəsi davam etdirilir.

Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, S.Məmmədlidə daha əvvəl digər ətrafın amputasiyası əməliyyatı da icra olunub./lent.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05