Yanvarın 1-dən etibarən ABŞ-ın Kaliforniya ştatında rəsmi olaraq marixuana satışına icazə verilib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, indi 21 yaşı olanlar 28,5 qram marixuana və 8 qram marixuana konsentratına sahib ola, nəql və istifadə edə biləcəklər.
Əlavə olaraq, vətəndaşlar ictimaiyyət üçün görünməyən yerlərdə, şəxsi həyətyanı sahələrdə 6 bitkiyə qədər əkə biləcəklər.
Rəsmi məlumata görə, qanuniləşdirmə Kaliforniya ştatında marixuana bazarının 2018-ci ildə 3.7 milyard, 2019-cu ildə 5 milyard dollara qədər artmasına imkan verəcək.