Kamran Əliyev Ərdoğanla görüşdü – YENİLƏNDİ

Kamran Əliyev ƏrdoğanRəcəb Tayyib Ərdoğan Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Prezident iqamətgahında baş tutan qəbulda, həmçinin Türkiyənin Baş prokuroru Bəkir Şahin də iştirak edib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Prezident sarayında Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Xatırladaq ki, K.Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 15-də Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin dəvəti ilə Ankaraya rəsmi səfərə gedib. Məqsəd iki ölkə prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsidir.