!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda kanalizasiya xətti çəkirdilər, sakinin evini uçurtdular - FOTOLAR

!Reklam – Yazi

Bu gün saat 14:00 radələrində Xaçmaz rayonu Qudyalçay küçəsində yerləşən 12 nömrəli ev uçub.

Yenicag.az xəbər verir ki, Xaçmaz rayon sakini Xəlilova Zülfirəyə məxsus evin bir hissəsi çöküb.

Ev sahibinin verdiyi məlumata görə, küçədə kanalizasiya xətti qazılan vaxt evə çat düşməyə başlayıb.

“Evə çat düşməyə başlayanda gedib icra hakimiyyətinə müraciət etdim. Bir neçə dəfə icra hakimiyyətinə müraciət etməyimə baxmayaraq, heç bir tədbir görmədilər, hər dəfə kömək edəcəklərini bildirdilər. Bu gün evdə yox idim, qonşular zəng etdi ki, evin uçub”, deyə, Xəlilova Zülfirə bildirib.

26 ildir bu evdə yaşadıqlarını bildirən Xəlilova Zülfirənin sözlərinə görə, evinin uçması ilə yanaşı xeyli ziyan dəyib:

“Çoxlu sayda bahalı qab-qacaq və mebellər məhv oldu. Bir çoxunu isə uçqundan çıxara bilmirik”.

Müşahidələr zamanı Qudyalçay küçəsində evlərin bir çoxunda çatların olduğunu gördük.

Xəlilova Zülfirə qeyd edib ki, icra nümayəndəsi evə gəlib baxıb, ancaq Fövqəladə Hallar nazirliyinə müracət etmələrinə baxmayaraq, gəlməyiblər:

“Ev uçub, əşyalarımız uçqun altındadır, ancaq FHN gəlib yardım etmir. Dəfələrlə zəng etmişik, müraciət etmişik, ancaq gəlib baxan yoxdur”.

Qeyd edək ki, evin uçmasına daş hasarın yanı ilə dərin kanalizasiya xəttinin çəkilməsi və yolların bağlı olduğu zaman ağır yük maşınlarının küçə ilə hərəkət etməsi səbəb olub.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2575
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv