!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Karaqandadakı qarşıdurmalarla bağlı 11 nəfər həbs edildi

!Reklam – Yazi

Qazaxıstanın Karaqanda şəhərində ermənilərin törətdiyi qətl və bununla əlaqədar yaranan qarşıdurmalarla bağlı 11 nəfər həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Qaqik Qalaçyan bildirib.

Bu gün Qazaxıstanın DİN rəhbərliyi ilə görüşdüyünü deyən səfir qeyd edib ki, hadisə ilə bağlı iki cinayət işi qaldırılıb. Bunlardan biri gəncin ölümünə (yerli sakinin ermənilər tərəfindən qətlə yetirilməsi-red) səbəb olmuş kütləvi dava faktı ilə bağlıdır. O, qeyd edib ki, həbs edilənlər arasında Ermənistan vətəndaşları da var. Daha bir erməni isə axtarışa verilib.

Qeyd edək ki, Qazaxıstanda 23 yaşlı yerli sakin “Qədim Roma” restoranının yanında ermənilər tərəfindən qətlə yetirilib. Qazaxıstan polisinin keçirdiyi operativ axtarış tədbirlərinin gedişində ağır qətli törətməkdə şübhəli 3 nəfər – Malhasyan Torqom Manveloviç, Malhasyan Sohak Samveloviç və Nadirbəyov Kair Həmidoviç, sonra isə digər şəxslər saxlanılıb./Report/

www.yenicag.az

15188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv