Kazımcan TƏƏSSÜFLƏNDİ: "Studiyada səsini eşitsəniz, qaçarsınız"
“Nə yazıq ki, bu gün səs yox, piar daha önəmlidir”.
Yenicag.az xəbər verir ki, bu sözləri bəstəkar və müğənni Kazımcan “Pərvizə görə” verilişində deyib.
O, bu gün sənətdə tanınmaq üçün səsin o qədər də önəm daşımadığını təəssüf hissi ilə qeyd edib:
“Nə yazıq ki, bu gün səs yox, piar daha önəmlidir. Çünki səsi olmayan ifaçıları elə oxutdurmaq olar ki, elə bilərsən həqiqətən də onun səsi var. Bu gün səhnəmizdə elə müğənnilər var və hamı da onları dinləyir. Halbuki studiya şəraitində onu dinləsən, üzünü tutub qaçarsan”.
Nehru












