Keçmiş məhkum oğurluğa görə saxlanıldı

Gəncədə evlərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçirib.

Əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki evlərin birindən 2 300 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quluyev saxlanılıb.