Kədərlənəndə “iPhone” səsi çıxaran tutuquşu – VİDEO

ABŞ-da yaşayan bir qadının tutuquşusu hamını heyrətə salır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ağıllı tutuquşu hadisələrə adekvat reaksiya verməyi bacarır. Belə ki, o kədərlənəndə “iPhone” səsi çıxarır. Bu səs xüsusilə sahib evdə olmayanda daha çox eşidilir.

Qeyd edək ki, sevimli tutuquşunun videosu sosial şəbəkədə də izlənmə rekordu vurur.