Adnan Oktar təşkilatının üzvü olan “kedicik” Ceylan Özgül qruplaşmanın iç üzünü açıb.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, 2017-ci ildə qrupda ayrılan “kedicik” keçən həftə Adnan Oktarın qardaşı Kənan Oktardan şikayətçi olub. Özgül Kənan Oktarın ingilis ajansı olduğunu bildirib:
“Təşkilatda hər kəsə qrupa yeni qız gətirmək tapşırığı verilmişdi. Ancaq bu işlə məşğul olan xüsusi bir qrup da ayrılmışdı. Xüsusən kişilərdən ibarət qrup dindən də istifadə edərək, müxtəlif yollarla qızları bura cəlb edirdilər.
Son zamanlar təşkilata qoşulanlar fərqli idi. “A9 Tv”də yayımlanan görüntülər illər ərzində vəziyyəti bir qədər dəyişmişdi. Təşkilatın bir tək məqsədi var idi, o da “VAR” olmaq. Son zamanlar Adnan Oktarın efirdən istədiyini izləyicilərə çatdıran kollektivə ehtiyacı var idi. Buna görə də seçilən yeni üzvlər fərqli olurdu”.
Adnan Oktar və qurduğu təşkilat 39 ildir fəaliyyət göstərirdi. Əgər mənim sözlərim etibarsız sayılarsa, Adnan Oktarın həbsdən çıxacağı, onu haqqında olan bütün iddiaların əsassız olacağı, təcavüz edilən azyaşlı qızların da şikayətlərini geri çəkəcəklərini düşünürlər. Ona görə də iftira ataraq məni etibarsızlaşdırmağa çalışırlar.
Kənan Oktar mənim də olduğum “bacılar qrupu” ilə heç vaxt görüşməyib. Kənan Oktar Adnan Oktarın və təşkilatın fəaliyyət tərzindən xəbərdar olmayıb. O, İstanbulda yaşamır. Qardaşını qorumaq üçün iftira atıb. Adnan Oktarla 10 il ərzində 1,2 dəfə görüşüblər.
İşin məxfilik qərarı ləğv edildikdə mən bu dediklərim “dəryada bir damcı su” da olmayacaq. Mənə qarşı təhdid və hücumlar davam edir”.
www.yenicag.az