Kəlbəcərdə azərbaycanlı tutuldu- Video

media-hightechnic-468x90

cdrYoutube sosial şəbəkəsinə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda guya bir azərbaycanlının tutulması haqqında videomaterial yerləşdirilib.

Bu haqda Ermənistan mətbuatı yayıb.

Erməni mediası bildirir ki, onlar Kəlbəcər ərazisinə gələn azərbaycanlını mühasirəyə alaraq tutublar. Bu zaman onun üstündə silah olmayıb.

“Beləliklə, hərbçilərin nəzarəti altına aldığı bu, ikinci azərbaycanlıdır. Üçüncü təxribatçı isə Kəlbəcər-Vardanis avtomobil yolunda məhv edilib”, – deyə erməni saytları belə yazır.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcərdə Azərbaycan təxribatçıları barədə verilən bütün erməni KİV-nin məlumatlarını təkzib edib.

Ermənistan Müdafiə Nazirliyi isə Kəlbəcərdə tutulan iki azərbaycanlı mülki şəxslə hərbi əsir kimi davranmayacaqlarını elan edib.

Nazirlik bu şəxslərin “hərbi əsirlər kateqoriyasına daxil olmadıqlarını, bu səbəbdən əsirlər barədə beynəlxalq konvensiyanın prinsiplərinin onlara şamil edilməyəcəyini” bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600