Kəlbəcərə yeni köç: Sakinlərə mənzillərin açarları təqdim edildi

media-hightechnic-468x90

Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Prezidentin xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Bu mərhələdə şəhərə Bakı və Gəncə şəhərləri, həmçinin ölkənin bölgələrindən 27 ailə (113 nəfər) köçürülüb. Sakinlər arasında 16 təqaüdçü, 3 azyaşlı, 25 şagird və 3 müharibə veteranı da yer alır. Bununla da Kəlbəcərin I yaşayış məhəlləsində birinci mərhələ üzrə ümumilikdə 162 (680 nəfər) ailənin qayıdışı təmin olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05