Kənan MM-dən Hüseyn Dəryaya şeir-Video
Tanınmış rejissor Kənan Mahmudov mərhum reper Hüseyn Dəryanın xatirəsinə şer yazıb. Və bu, sənətçilər arasında qalmaqala səbəb olub.
“Mən həqiqəti, gördüyümü yazmışam. Dediklərim hamısı həqiqətdir. Sadəcə, məni yandıran sağlığında ona qarşı olan haqsızlıqlardır.Dərya sözün əsl mənasında insan adam idi. Heç kim həyatda heç nədən sığortalanmayıb. O, belə ölməli deyildi, mən hər kəsdən incidim – istər müğənnilərdən, istər də jurnalistlərdən. İnanın ki, “Adam içində” verlişinin çəklişindən sonra, axşam saat səkkizin yarısından səhər altıya kimi mənə gələn sms-lər saysız-hesabsız idi. Hər kəs mənim fikirlərimi dəstəkləyirdi. Onu da qeyd edə bilərəm ki, mənə naməlum zənglər gəlirdi, təhdid edir, “bu söhbəti bağla” deyirdilər. Lakin mən susmayacam, həqiqətləri yazdım və lazım olsa, bundan sonra da sözümü deyəcəm”(axar.az).