Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Kəpəz" uduzdu, Zirədə sülh

Reklam: Sinerji Pro

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun daha iki oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, çempionatın debütantı “Səbail” öz meydanında “Kəpəz”i qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Günün digər oyununda isə “Zirə” “İnter”i qəbul edib. “Qarabağ”ın “Sumqayıt” üzərində qələbəsindən sonra liderliyini itirən Ayxan Abbasovun komandası qələbə sayəsində yenidən zirvəyə yüksələ bilərdi. Lakin bu görüşdə heç-heçə qeydə alınıb. Rəqibin uzun müddət azlıqda oynamasından yararlana bilməyən zirəlilər liderliyi əldən veriblər.

Qeyd edək ki, tura sabah keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu ilə yekun vurulacaq. Ötən gün isə “Qarabağ” “Sumqayıt”a 4:1 hesabıyla qalib gəlib.

Azərbaycan Premyer Liqası
6-cı tur
23 sentyabr

“Səbail” – “Kəpəz” 1:0
Qol: E.Taqayev, 60.
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Cabbarov.
Bakı. “Dalğa Arena”.

“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 17. Vüqar Nadirov, 20. Elton Yaqublu (k), 23. Ayron Stati, 35. Eqdaras Zarskis, 66. Pərviz Qaraxanov, 69. Renan Telles, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 6. Murad Ağayev, 8. Aqşin Muxtaroğlu, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.
“Kəpəz”: 1. Davud Kərimi, 21. Novruz Məmmədov, 4. Şəhriyar Əliyev, 3. Dedimar Fereyra, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 16. Azər Məmmədov, 12. İlyas Səfərzadə, 10. Tural Rzayev, 20. Samba Dialo, 8. Viktor Oseqeyl.
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 15. Azad Kərimov, 18. Tural Cəlilov, 11. Kamran Abdullazadə, 7. Sergey Çernişev, 2. Yusif Cəfərov, 17. Əli Səmədov, 14. Fərid Məmmədov.
Baş məşqçi: Şahin Diniyev.

“Zirə” – “İnter” 1:1
Qol: Y.Krneta, 67 – S.Taşkın, 21.
Qırmızı vərəqə: İ.Qırtımov, 43.
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Ramil Diniyev.
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 9. David Manqa, 11. Viktor İqbekoyi, 14. Qabriel Matey, 17.Vüsal İsgəndərli, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 13. Aleksandr Şemonayev, 19. Elgün Nəbiyev, 20. Camal Camalov, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 87. Müşfiq İlyasov, 99. Nicat Qurbanov.
Baş məşqçi: Ayxan Abbasov.
“İnter”: 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 88. Məmməd Quliyev.
Ehtiyat oyunçular: 57. Əkbər Vəliyev, 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 19. Mirhüseyn Seyidov, 20. Aqşin Quluzadə, 65. Cabir Əmirli.
Baş məşqçi: Zaur Svanadze.

www.yenicag.az

548
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM