Kərimdən ŞOK AÇIQLAMA: “Xalq artistidir, evində acından ölür”

media-hightechnic-468x90

“Mən sənətkar olub evimdə acından ölmək istəmirəm”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri  müğənni Kərim Abbasov “Tarixin bir günü” verilişində deyib.

O, sənəti olan, amma efirlərə çıxmayan bəzi xalq artistlərinin evində “acından öldüyünü” bildirib:

“Mən sənətkar olub evimdə acından ölmək istəmirəm. Yaxşı yaşamaq, əla dolanmaq istəyirəm. Amma bu gün elə əməkdar, xalq artistləri var, evində acından ölürlər. Kim məndən inciyir-incisin, deyəcəyəm, mən elə sənətkar olmaq istəmirəm. Oturublar evdə, tələbatlı müğənnilərə ilişirlər, onlara söz atırlar”.

O, həmin sənətkarlara səslənib:

“Əgər sənin sənətin varsa, amma sənə tələbat yoxdursa, səni efirlərə çağırmırlarsa, bu, sənin problemindir. Problem xasiyyətində, seçdiyin mahnılardadır”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05