!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kərimli-Həsənli duetinin “geridönüş”ü: İcazəsiz aksiyadan imtinanın pərdəarxası

!Reklam – Yazi

Milli Şuranın noyabrın 2-nə təyin etdiyi növbəti kütləvi aksiyanın keçirilməsi qərarının ləğv edilməsi ortaya bir sıra suallar çıxarıb.

Özəyi Xalq Cəbhəsi Partiyasından (AXCP) ibarət olan Milli Şuranın 19 oktyabr avantürası – icazəsiz aksiyaya cəhddən sonra fasiləsiz anons etdiyi 2 noyabr mitinqi təxirə salınıb. Ötən gün ərzində sabaha planlaşdırılan aksiyadan imtina olunmasının zəruriliyi haqda çağırışlardan sonra AXCP sədri Əli Kərimli bununla bağlı qərarı elan etməli oldu.

Əslində, bu yerdə “etməli oldu” ifadəsi bəlkə də həmin qərarın asanlıqla verilməməsi təəssüratı yarada bilər. Lakin belə deyil. Kərimli o qərarı elan etdikdən sonra çiyinlərindən ağır yük götürlümüş kimi rahat nəfəs alıb. Çünki bu addımı atmaqla həm özünü saldığı bataqlıqdan geri dönmək imkanı qazandı, həm də aksiyadan imtina çağırışlarını “dəyərləndirməklə” özünün guya ictimai rəylə hesablaşdığını göstərməyə çalışdı.

Amma o, bu cəhdinin birmənalı qarşılanmayacağını, imtina qərarını şərtləndirən səbəblərin nədən qaynaqlanmasının üstündən sükutla keçilməyəcəyini hesablaya bilmədi. O baxımdan, davamlı şəkildə anonsu verilən, vətəndaşların israrla dəvət edildiyi 2 noyabr aksiyasının təxirə salınması Kərimliyə xal qazandırmaq əvəzinə, təftiş predmetinə çevrildi.

Təbii ki, 2 noyabr aksiyasından imtinanın ilk səbəbi 19 oktyabr icazəsiz mitinqinə cəhdin uğursuzluğu, eyni zamanda, polislə qarşıdurmaya təhriketmənin doğurduğu ictimai etirazdır. Eyni zamanda, Milli Şura daxilində də icazəsiz aksiyaya münasibətdə ksəkin fikir ayrılığının yaranması Kərimlini belə demək olarsa, “simasını qorumaq” şərtilə geri çəkilmək məcburiyyətində qoydu. Cəmiyyətin başqa kəsimlərinin dəstəyini ala bilməmək bir yana, öz silahdaşlarının belə müqaviməti ilə üzləşən AXCP sədrinin sadəcə, geri çəkilməkdən başqa yolu qalmamışdı.

Lakin bunu necə etmək olardı? Hakimiyyətə ünvanladığı çıxışlarında “ağzından od tökülən” Kərimli tərəfdarlarına necə desin ki, təbliğatını apardığımız 2 noyabr aksiyasının keçirilməsi məqsədəuyğun deyil?
Bu yerdə Kərimlinin köməyinə Milli Şuranın formal sədri Cəmil Həsənli gəldi. Siyasi düşərgələri dəyişməkdə püxtələşərək, özünü “manevr ustası” kimi tanıda bilən, bir deputat mandatına görə AXCP-dən qovulan, yenə də bir mandata görə (bu dəfə ala bilmədiyi) köhnə düşərgəsinə qayıdan Həsənli öz “təcrübə”sini asanlıqla işə saldı.

Adı korrupsiyada hallanan, bu ittihamla həbs edilərək, uzun müddət məhbəsdə cəza çəkən keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin “təmənnasız” müdafiəsi ilə məşğul olan professor üçün bir çağırış etmək, 2 noyabr aksiyasından imtinanın zəruriliyini “əsaslandırmaq” nə çətin işdir ki..? Odur ki, Həsənlinin dünən günün ilk yarısında icazəsiz aksiyadan imtinaya dair “tövsiyə”si Kərimli ilə birlikdə hazırlanan “geriçəkilmə” planının ilk mərhələsi idi. Planın “son akkordu” isə Kərimlinin 2 noyabr mitinqinin təxirə salınması qərarını elan etməsi oldu.

Lakin işlər bununla yekunlaşdımı? Böyük ehtimalla, yox. Milli Şuranın daxilindən sızan məlumatlara görə, qurumda yaranmış vəziyyətlə əlaqədar izahat verilməsinə dair tələblər intensivləşməkdədir. Pərdəarxası oyunlardan xəbərsiz sıravilərin bu situasiyada yaranan çətin sualları Kərimlini qibtəolunmaz vəziyyətə salır. Ancaq ortadakı suallara cavab vermək lazımdır.

Veriləcək cavabların onu birdəfəlik bitirəcəyini Kərimli də bilir və hələ ki “yanmamaq” üçün sadəcə, danışır…

COP29

www.yenicag.az

1683
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv