Kerrinin təklifi rədd edildi

media-hightechnic-468x90

img1683707ABŞ hesab eləmir ki, Suriya prezidenti Bəşər Əsəd ölkənin gələcəyi ilə bağlı danışıqları apara bilər. Musavat.com-un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, ötən həftəsonu dövlət katibi Con Kerri demişdi ki, Suriyadakı vəziyyəti nizama salmaq üçün “Əsədlə anlaşmaq lazım gələcək”. Lakin Ernestin sözlərinə görə, ABŞ nəinki Vaşinqtonla danışıqlara Əsədi buraxmağa hazır deyil, heç ölkədaxili nizamlamada da onun iştirakını mümkün görmür.

“Dövlət katibi onu nəzərdə tutub ki, rejimin nümayəndələri danışıqlar stolu arxasına otursunlar və hakimiyyətin təhvil verilməsində anlaşmağa cəhd eləsinlər. Dövlət katibi nəzərdə tutub ki, Əsəd rejimin nümayəndəsidir və heç də nəzərdə tutmayıb ki, Əsədin özü danışıqlar stolu arxasına oturacaq” – deyib mətbuat katibi.

Ağ Ev sözçüsü onu da əlavə edib ki, ABŞ hələ də Bəşər Əsədi qeyri-legitim idarəçi sayır və hesab edir ki, o, Suriya prezidenti postundan getməlidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600