Avropa Komitəsində sualları cavablandıran CHP sədri Kemal Kılıçdaroğlu erməni jurnalistə haqq qazandıraraq, öz ölkəsini günahlandırıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu Fransanın Strasburq şəhərində “VI Dünya Demokratiya Forumu”na qatılıb. O, paneldə erməni jurnalistin “Populistləri razı salmaq üçün nə tövsiyyə edirsiniz?”sualını belə cavablandırıb:
“Populistləri razı salmağa ehtiyac yoxdur, siz xalqı razı salmağa çalışın. Xalqın içində olun, xalqa doğruları çatdırın. Populist çıxışların bir cəmiyyətə necə fəlakətlər gətirəcəyindən danışın. İrəvandan gələn dostum deyir ki, populistlər uzun müddət uğura nail ola bilməzlər, doğrudur. Bu müddət ərzində xalq ağır əvəzlər ödəyəcək. Əgər öz xalqınıza ağır əvəzlər ödətmək istəmirsinizsə, populizmlə mübarizə aparın”.
www.yenicag.az