Fobiya, insanın gündəlik həyatına mənfi təsir göstərən hər hansı bir vəziyyətdən qorxmaqdır.
Hər bir kəsin qorxuları var. Kimisi bu qorxuların üstünə getməklə zaman-zaman fobiyalarından xilas olmağa çalışır, kimisi də ömrünün sonuna qədər bu qorxularla yaşamaq məcburiyyətində qalır.
Bəs görəsən tanınmışlar hansı fobiyadan əziyyət çəkir?
Yenicag.az onların siyahısını təqdim edir.
Tacir Şahmalıoğlu, müğənni:
“İtdən qorxuram. Uşaq vaxtı məni it tutduğu üçün həmişə itdən qorxum olub”.
Elvina Ağayeva, aktrisa:
“Hündürlükdən çox qorxuram”
Vüsalə Məmmədova, aparıcı:
“Sükan arxasında əyləşməklə bağlı travmam var, qorxunu yenə bilmirəm”.
Türkay Cəfərli, aktyor:
“Hər şey görmüşəm deyə, fobim yadımdan çıxıb”.
Yusif Mustafayev, müğənni:
“Təyyarədən qorxuram. 20 ildən artıqdır ki, təyyarəyə minmirəm”.
Vüsalə Kərimova, aparıcı:
“Mənim fobiyam yoxdur”
Sərxan Kərəmoğlu, şoumen, aktyor:
“Pulsuzluq”.
Zülfiyyə Nəzər Məmmədova, aktrisa:
“Ən böyük qorxum tamaşa zamanı sözü unutmaqdır”.
Cəvahir
www.yenicag.az