Kinomuzun GENERALI: Ramiz Novruzun DOĞUM GÜNÜDÜR

media-hightechnic-468x90

İllərlə çalışdığı teatrda sənət dostları və sevənləri onun sağalacağına ümid bəsləyirdi. Elə özü də bir möcüzə baş verəcəyini, sağalıb yenidən ömrünü fəda etdiyi doğma teatrda maraqlı obrazlarla tamaşaçı qarşısına çıxacağı günün ümidi ilə yaşayırdı.

media-banner_tkm

Buna görə də ağrısını-acısını az da olsa azaltmaq üçün ömrünün son aylarına qədər doğma məbədə – “AzDrama”ya gəlirdi. Özü oynamasa da, doyunca səhnəyə baxıb, yenidən o səhnədə olacağı günün həsrəti ilə yaşayırdı. Amma sən saydığını say, gör fələk nə sayırmış…

Sevilən aktyor, Xalq artisti Ramiz Novruzdan danışıram, bu gün onun doğum günüdür.

Amansız xəstəliyin qurbanı olan aktyor yaradıcılığı ilə istər teatr, istərsə də kino tarixində silinməz iz qoyub getdi. Teatrda yaratdığı obrazlar saya-hesaba gəlməsə də, kinoda arzuladığı qədər rollar yarada bilmədi.

İstedadlı aktyor “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində isə general Həzi Aslanov obrazı ilə kinoda öz möhürünü vurdu.

Bu gün onu xatırlayırıq. İşıqlı xatirəsi qarşımızda canlanır. Nurlu siması və obrazları kino lenti kimi gözümüzün önündən keçir. Ürəyimizdən isə bir fikir keçir: yeriniz çox görünür, Ramiz müəllim.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05