Kirayədə qalan ƏMƏKDAR ARTİST: “Ərzaq baha, qazanc yox”

media-hightechnic-468x90

“Quru maaşa baxırıq, günü-gündən də kommunal qiymətləri artır, marketlərdə ərzaq bahalaşır, yaşamaq çətinləşir…”

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa, Əməkdar artist Nahidə Orucova deyib.

Aktrisa “Müğənnilərin dolanışıq yeri toylar, şou-proqramlardır, bəs aktrisaların?” sualını cavablandırıb:

“Bizim heç yerdən dolanışıq yerimiz yoxdur, elə quru maaşa baxırıq. Günü-gündən də kommunal qiymətləri artır, marketlərdə ərzaq bahalaşır, yaşamaq çətinləşir, amma biz aktyorlar elə həmin maaşla dolanırıq. Üç ildir mən kirayələrdə qalıram. Uzaqda olduğuma görə evimi satdım ki, şəhərdən mənzil alım. Bu ərəfədə də evlər bahalaşdı. Əlimdəki pul heç evin damına çatmır. Oturmuşam kirayədə. Pul çatmır yaşamağa.

Aparıcı kimi toylara, xınayaxdılara, şou-proqramlara da getmirəm ki, problemimin bir hissəsini heç olmasa, o vasitə ilə həll edə bilim. Yəni başqa yerdən bir qəpik qazancım gəlmir. Ona görə də çox əziyyət çəkirəm. Hamı elə bilir aktrisalar, aktyorlar kefdədir, yaxşı dolanır. Amma içimiz özümüzü yandırır, çölümüz də özgəni”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05