!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kişi paltarı geyinib 2 dəfə evləndi, arvadları şübhələnmədi - ŞOK OLAY

!Reklam – Yazi

Hindistanın Uttarakhand əyalətində qəribə hadisə baş verib.

Yenicag.az xəbər verir ki, cehiz almaq üçün özünü bəy kimi təqdim edən qadın həbs olunub.

26 yaşlı Krişina Senin qadın olduğu polisdə dindirilən zaman üzə çıxıb. Məlum olub ki, Sen indiyədək eyni üsulla iki qadınla evlənib.

Maraqlıdır ki, qadınlar Senlə evli olduqları vaxt onunla eyni cinsdən olduqlarını bilməyiblər. Polisə ifadəsində arvadlarının yanında soyunmadığını bildirən dələduz, onlarla cinsi əlaqədə olmadığını da qeyd edib.

2014-cü ildən kişi qiyafəsində gəzən gənc qadın ifadəsində hər zaman kişi kimi yaşamaq istədiyini də dilə gətirib.

Qeyd edək ki, Hindistanda cehiz tələb etmək 1961-ci ildən qadağandır. Buna baxmayaraq, sözügedən qadağaya əməl olunmur. Və nəticədə gəlinin ailəsi qarşı tərəfə nağd pul, geyimlər və qızıllar verir.

 

www.yenicag.az

6646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv