!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kiyev hərbi analitiklərindən Rusiya ETİRAFI – Ukrayna rəsmilərinə XƏBƏRDARLIQ etdilər

!Reklam – Yazi

“Bu dəfə rəsmilərin diqqətinə başqa bir şeyi çatdırmaq istəyirik. Biz görürük ki, Rusiya ordusu 2 il ərzində kifayət qədər təkmilləşib, səhvlərindən nəticə çıxardıb, vahid komandanlıq formalaşıb, mobil qüvvələrlə hücumlara başlayıblar”.

Yenicag.az xəbər verir ki, bu barədə Kiyev Hərbi İnstitutunun (KHİ) analitikləri məlumat yayıb.

KHİ rəsmilərinin sözlərinə görə, Ruslar REM sistemlərindən və dronlardan daha yaxşı istifadə etməyə öyrəniblər, eləcə də, ruslar dronlar ilə artilleriyanı çox məharətlə inteqrasiya etdiriblər, onların döyüş ruhu artıb, komandanlıqda peşəkarların iştirakı artıb.

“Rusiyada müdafiə naziri də dəyişib, hərbi sənaye ümumi iqtisadiyyata inteqrasiya etdirilir. Rusiya ordusuna 2022-ci ildə olan ordu kimi yanaşmamalıyıq. Bu, ölümcül səhv olar. Rusiya səhvlərindən öyrənir, onlar üzərində işləyir və daha təhlükəli olmağa başlayır”, – deyə qurumun hesabatında qeyd olunub.

Rafi Müslümov

COP29

www.yenicag.az

178
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv