!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kiyevdə Vladimir Jirinovskini gözləyirlər – RLDP sədri ifadə verməyə gedəcək?

!Reklam – Yazi

Ukraynanın Təhlükəsizlik Şurası Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovskini istintaqa cəlb edir.

Yenicag.ru-nun məlumatına görə, bu barədə qərar Ukrayna Təhlükəsizlik Şurasının iclasında qəbul olunub.

Qərara əsasən, Rusiyalı siyasətçi şübhəli şəxs qismində istintaqa çağırılır:
“Rusiya Federasiyasının vətəndaşı Vladimir Jirinovski sentyabrın 27-si saat 09:00-da Ukrayna Təhlükəsizlik Şurası Dövlət İstintaq Komitəsi baş müstəntiqinin yanında olsun”.

Qeyd olunur ki, Jirinovski bu tələbi yerinə yetirərsə, ona qarşı rəsmi ittiham irəli sürüləcək və şübhəli şəxs qismində ifadəsi alınacaq.

Kiyev şəhər Məhkəməsi sentyabrın 21-də Jirinovski və Rusiya Dövlət Dumasının daha iki deputatı barəsində xüsusi təhqiqat aparılmasına razılıq verib. Rusiyalı siyasətçilər qondarma “Luqansk və Donetsk xalq respublikaları”nı dəstəkləməkdə ittiham olunurlar.

COP29

www.yenicag.az

1998
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv