ABŞ-ın keçmiş prezidenti Bill Klintonun Arkanzas ştatındakı evi yandırılıb.
Yanğın evin çölündən başlayıb. Daha sonra yanğının əhatə dairəsi böyüyüb və evi bürüyüb. Yanğınsöndürənlər hadisə yerinə tez çatdığı üçün yanğın evə çox ziyan vurmayıb.
Hadisə yerinə gələn polislərin mətbuata verdiyi açıqlamada bildirilir ki, yanğından sonra ətrafa pis qoxu yayılıb. Polisin məlumatına görə, evə qəsdən tez alışan maddə ilə od vurula bilər.
Sabiq prezident Bill Klinton uşaqlığını bu evdə keçirib. Bu ev onun nənə-babasına aid olub. Bill Klinton həmin evdə 4 yaşına kimi yaşayıb. İndi isə ev muzey kimi fəaliyyət göstərir. (Ans)
Qeyd edək ki, Bill Klinton ABŞ-ın 42-ci prezidenti (1993-2001) olub. Onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil etmişdi. 1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayılıb.
https://youtu.be/jJbsE40qOWU
www.yenicag.az