Rusiya Premyer Liqasına vəsiqə qazanan komandaların adına aydınlıq gəlib.
Yenicag.az xəbər verir ki, play-off mərhələsində “Orenburq”u penaltilər seriyasında 5:3 hesabı ilə məğlub edən “SKA – Xabarovsk” elitaya vəsiqəni təmin edib.
Amma divizion klubunun Premyer Liqaya vəsiqə qazanması elitanın digər iştirakçılarının ürəyincə olmaya bilər. Məsələ burasındadır ki, “SKA – Xabarovsk” Rusiyanın ən şərqində, Çin sərhəddindən 25 km. məsafədə yerləşən şəhərin təmsilçisidir.
Buraya təyyarə ilə paytaxt Moskvadan 7 saat 45 dəqiqəyyə (8, 300 km) getmək mümkündür. Sankt-Peterburq təmsilçisi “Zenit” isə səfər zamanı 10 saatlıq məsafəni qət etməli olacaq. Şəhərlər arasıda 7 saat fərq var.
Xabarovsk Krasnodardan 9 min km. uzaqlıqdadır. Yəni, sözügedən şəhərə qatarla getmək üçün 7,5 gün tələb olunur. Məsafəni avtomobillə 113 saata getmək mümkündür ki, bu da 5 sutka vaxt deməkdir.
Yenicag.az
www.yenicag.az