Klubun bağlanması ilə bağlı-Açıqlama
“Araz Naxçıvan” klubu bu gün rəsmi saytı vasitəsi ilə fəaliyyətini dayandırdığını bəyan edib.
Açıqlama verən klubun mətbuat xidməti rəhbəri Ceyhun Məmmədov klubun bağlanmasına bir neçə faktın səbəb ola biləcəyini deyib: “Bəli, “Araz Naxçıvan” klubu bu gündən etibarən fəaliyyətini dayandırıb. Ancaq buna səbəb olan amillər günün ikinci yarısından sonra klubun rəsmi saytında daha dəqiq öz əksini tapacaq. Bildiyiniz kimi, klubumuzun heyətini yerli futbolçular təşkil edir. Ola bilər ki, mövsüm boyu davam edən uğursuzluqlar və ya elə hakim səhvləri rəhbərliyi belə addım atmağa sövq edib”