!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Köhnə model "iPhone"u olanlara XƏBƏRDARLIQ

!Reklam – Yazi

Apple şirkətinin köhnə cihazlarının kiberhücumlara daha həssas olduqları məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə kibertəhlükəsizlik texnologiyaları sahəsində fəaliyyət göstərən Security Xuanwu Lab. şirkəti xəbər verib.

Şirkət mütəxəssislərinin verdikləri məlumata əsasən iOS 11.4.1 və ya daha əvvəlki əməliyyat sistemlərinə sahib iPhone modelləri hacker hücumlarına daha həssasdırlar. Bundan əlavə olaraq hackerlər macOS High Sierra 10.13.5 və ya daha əvvəlki əməliyyat sistemlərinə sahib iMac və MacBook modellərini də rahatlıqla hack etməyi bacarırlar.

Məlumata əsasən bu mövzuda əsas sistem boşluğu köhnəlmiş Safari brauzerinin təhlükəsizlik sistemindədir. Bu sistem boşluğu sayəsində hackerlər D hərfinin istifadə olunduğu veb səhifələrin və saytların saxta versiyalarını yarada bilirlər. Məsələn LinkedIn, Dropbox, Reddit, WordPress və s. Beləliklə sadalanmış saytların saxta versiyalarında qeydiyyatdan keçmiş istifadəçilərin özəl məlumatları hackerlərin əllərinə keçir. Mütəxəssislərin verdikləri məlumata əsasən bu cür ehtimaldan yaxa qurtarmaq üçün sadəcə olaraq Apple cihazını sonuncu proqram təminatı versiyasına kimi yeniləməkdir.

COP29

www.yenicag.az

5151
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv